Qvardiola: Biz öz səviyyəmizi təsdiqləmişik
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə Premyer Liqasının 21-ci turunda “Nyukasl” ilə matçda qazanılan əzmkar qələbəni (3:2) şərh edib.
Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sözləri deyib:
“Bu performansı təsvir etməyə söz yoxdur. Bizi çıxışlarımıza görə qiymətləndirilirik. Qələbəyə əsaslanaraq, buna uyğun hökm verəcəklər. Bu qələbə bizim mentalitetimizdir, necə edəcəyimizi bilirik. Biz öz səviyyəmizi təsdiqləmişik”.
