Çempiondan vacib açıqlama: Bədənim dözmür
Orta çəki kateqoriyasında keçmiş UFC çempionu, amerikalı Kris Veydman karyerası ilə bağlı mühüm açıqlama verib.
Aut.az xəbər verir ki, o, braziliyalı Bruno Silvaya qarşı keçirəcəyi döyüşünün karyerasının sonuncu ola biləcəyini açıqlayıb:
“Əslində, bu zədədən sonra yenidən döyüşəcəyimə belə əmin deyildim. Özümü gələcəyə inandırmağa çalışdım, amma əmin deyildim. Bədənimə qulaq asırdım, forma almağa çalışırdım. İntellekt, motivasiya və texnika baxımından mən hələ də özümü dünyanın ən yaxşısı hesab edirəm, amma bədənim artıq öhdəsindən gələ bilmir.
Bu mənim son döyüşüm ola bilər, amma bu qərarı təlim-məşq toplanışı zamanı verəcəyəm. Görək özümü necə hiss edirəm, bədənim yenidən məşq düşərgəsinin stresinə tab gətirə bilərmi”?
Qeyd edək ki, Veydmanla Silva arasında döyüşün bu il martın 30-da baş tutacaq.
