Qaydasız döyüş

İlon Mask prezident olmaq istəyən Makqreqora görün nə təklif edib

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, döyüşçü amerikalı iş adamı İlon Maskın ona İrlandiyada prezident seçkilərində maliyyə dəstəyi təklif etdiyini bildrib.

“İlon əsl superqəhrəmandır. Mənə çox vaxt ayırdı. Dəstəyini vəd etdi. Hətta maliyyə yardımı təklif etdi, amma mən dedim ki, bunun üçün burada deyiləm. Mənə bu lazım deyil. O, bəşəriyyətin qürurudur. Mən ona çox minnətdaram”, – deyə Makqreqor sosial şəbəkələrdə bildirib.

Qeyd edək ki, Makqreqor bir müddət əvvəl xalqa və millət vəkillərinə müraciət edərək 2025-ci ilin noyabrında İrlandiyada keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi üçün dəstək istəmişdi.