Dünya futbolu

Mbappedən etiraf: O, Fransada layiq olduğu hörməti görmədi

Lionel Messinin PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçməsindən təxminən altı ay ötüb.

Argentinalıya ABŞ-a adaptasiya olmaq üçün çox vaxt lazım gəlmədi.

14 matçda 11 qol və 5 məhsuldar ötürmə bunu sübut edir. Messinin PSJ-dəki keçmiş komanda yoldaşı Kilian Mbappe Leonun Parisdə oynayarkən lazımi səviyyədə hörmət görmədiyini etiraf edib.

“Messi dünyada hər cür hörmətə layiqdir, lakin Fransada layiq olduğu hörməti görmədi. Təəssüf ki, belədir”, – ESPN Mbappedən sitat gətirib.

Aut.az