Dünya futbolu

Neymarın transferi ilə bağlı korrupsiya qalmaqalı araşdırılır

Fransada braziliyalı futbolçu Neymarın “Barselona”dan PSJ-yə tarixi transferi ilə bağlı korrupsiya qalmaqalı ilə bağlı araşdırmalara başlayıb.

Aut.az xəbər verir ki,  istintaq hesabatını “Libération” nəşri dərc edib.

Mənbənin məlumatına görə, Fransa Assambleyasının keçmiş vitse-prezidenti Huques Renson və PSJ-nin ictimaiyyətlə əlaqələr üzrə sabiq direktoru Jan-Marial Ribes ittiham olunurlar. Renson Neymarın müqaviləsində vergilərin azaldılmasına təsir etməkdə şübhəli bilinir. Bunun müqabilində deputatın PSJ-dən matç biletləri və bir sıra başqa imtiyazlar aldığı iddia edilir.

Bu istintaqda sübut kimi işdə iştirak edən şəxslərin yazışmalarından istifadə olunur.

Xatırladaq ki, Neymarın PSJ-yə transferi hələ də futbol tarixində ən bahalı transfer olaraq qalır. “Barselona” braziliyalı üçün 222 milyon avro alıb.

Aut.az