İspaniya

Levandosvkinin yerinə görün kimi istəyir?

“Barselona”nın yarımmüdafiəçisi Pedri hansı futbolçunu Kataloniya komandasının görmək istədiyi ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, o, seçimini “Mançester Siti”də çıxış edən Erlinq Haalanddan yana edib:

“Mən Haalandı “Barsa”ya gətirərdim. O, çmox qol vurur. Levandovski isə 60 yaşına qədər oynaya bilməz. Juilian Alvares də çox yaxşı oynayır”.

Bu mövsüm Robert Levandovski bütün turnirlərdə “Barselona”nın heyətində 21 matçda iştirak edib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Öz növbəsində isə Erlinq Haaland 22 matçda 19 dəfə fərqlənib və 5 asist edib.