“Jirona”ya çempion olmaq üçün nə lazımdır?
“Jirona”nın baş məşqçisi Mişel maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, “Marca”ya müsahibə verən mütəxəssis komandaya çempionluq üçün nə lazım olduğunu bildirib:
“”Real”, “Barselona” və “Atletiko” İspaniya çempionu olmaq üçün qurulub. “Jirona” belə deyil. Çempion olmaq üçün mövsümün ikinci yarısını möhtəşəm keçirməli və 80-90 xal toplamalıyıq. Biz əsas tapşırığı yerinə yetirmişik – La Liqadakı yerimizi qoruyub saxladıq. İndi Avropa yarışları üçün mübarizə apara bilərik”.
“Jirona” La Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb, komandanın 18 matçda 45 xalı var. Kataloniya komandası ilə eyni xal toplayan “Real” liderdir.
