“Real” onu buraxmayacaq: Vəzifə təklif etdi
“Real” xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin karyerasını bitirdikdən sonra da klubdan ayrılmasını istəmir.
Aut.az xəbər verir ki, artıq 37 yaşlı futbolçuya klubun strukturunda yer təklif edib. Bu barədə “Sportske” məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, 37 yaşlı xorvat “Real”da qalmaq üçün “Əl-Nəsr”in sərfəli təklifini rədd edib. Modriçin “Real”la yeni müqaviləsi gələn mövsümün sonuna qədər nəzərdə tutulub. Modriç 2012-ci ildən “Real”da oynayır. Luka ötən mövsüm bütün turnirlərdə 52 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
