Dünya futbolu

Çempion komandanın baş məşqçisi 6 aydır pulsuz işləyir

Hazırkı Afrika çempionu Seneqal yığmasının düşərgəsindən xoşagəlməz xəbərlər gəlir.

Aut.az xəbər verir ki, yerli mətbuat yazır ki, yığmanın baş məşqçisi Aliou Sisse və onun bütün məşqçilər korpusu 6 aydır pulsuz işləyir.

Müqaviləyə əsasən, mütəxəssis ayda 30 min avro almalıdır, onun köməkçilərinin qazancının məbləği dəqiq bilinmir. Seneqal Futbol Federasiyası indiyədək sızan məlumatlarla bağlı səssiz qalıb və Sissenin özü də bu məsələyə belə münasibət bildirib:  “Mən bu barədə danışmaq istəmirəm, çünki diqqətimi Afrika titulumu qorumağa yönəltmişəm”.

Əlavə edək ki, Sisse 2015-ci ildən milliyə rəhbərlik edir. Onun rəhbərliyi altında Seneqal DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb,  2019-cu ildə Afrika Kubokunun vitse-çempionu olub, həmçinin 2021-ci ildə Arika Kubokunu qazanıb. Seneqallılar titulunu yanvar-fevral aylarında Kot-d’İvuarda qoruyacaqlar.

Aut.az