Türkiyə

Ər-Riyadda İstanbul derbisini izləyəcək – Prezident dəvət edib

78 yaşlı rumıniyalı mütəxəssis Mirça Luçesku Səudiyyə Ərəbistanına gedəcək.

Aut.az xəbər verir ki, dekabrın 29-da Türkiyə Superkubokunun final oyunu – “Qalatasaray” – “Fənərbağça” qarşılaşması Ər-Riyaddakı “Əl-Avval Park” stadionunda baş tutacaq.

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekş şəxsən Luçeskunu bu görüşə dəvət edib.

Mirça Luçesku Türkiyə futboluna yad sima deyil. O, “Qalatasaray”ı (2000–2002), “Beşiktaş”ı (2002–2004) və Türkiyə millisini (2017–2019) çalışdırıb.

Aut.az