Türkiyə klubları qazaxlar uğrunda davaya çıxıblar – Bəs azərbaycanlılar?
“Sivasspor” Marat Bıstrov üçün “Axmat”a təkmil təklif göndərib.
Aut.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.
Bildirilir ki, Türkiyə klubu Marata görə 200.000 dollar ödəməyə hazırdır. Futbolçu ilə Türkiyənin digər klubu “Pendikspor” da maraqlanır.
Qazaxıstanlı 31 yaşlı futbolçu ötən mövsüm RPL-də 20 oyun keçirib.
Türkiyə klubları Rusiya çempionatında çıxış edən qazax futbolçular uğrunda, belə demək mümkünsə, vuruşurlar.
Bunun da səbəbi odur ki, hər bir klub heyətinə bir qazax futbolçu qata bilər. O futbolçu legioner sayılmayacaq. Belə güzəşt azərbaycanlı futbolçulara da şamil olunub. Amma Türkiyə klubları azərbaycanlı futbolçularla maraqlanmırlar. Niyə? Yəqin ki, Azərbaycanda futbolçu olmadığına əmindirlər.
Aut.az
