İspaniya

La Liqanın ən bahalı 11 futbolçusu

“Transfermarkt” internet portalı özünün Telegram kanalında müvəqqəti yenilənmənin nəticələrinə əsasən İspaniya La Liqasının ən bahalı futbolçularından ibarət virtual komandanın tərkibini dərc edib.

Aut.az xəbər verir ki, 11 nəfərlik heyətin ümumi dəyəri 950 milyon avro olub. İnternet portalı bu komanda üçün 4-3-3 sxemini seçib.

Qapıçı: Tibo Kurtua (Real Madrid, 35 milyon avro).

Müdafiəçilər: Nahuel Molina (Atletiko Madrid, 45 milyon avro), Ronald Arauxo (Barselona, ​​70 milyon avro), Eder Militao (Real Madrid, 70 milyon avro), Aleks Balde (Barselona, ​​50 milyon avro).

Yarımmüdafiəçilər: Federiko Valverde (Real Madrid, 100 milyon avro), Pedri (Barselona, ​​90 milyon avro), Cud Bellinqem (Real Madrid, 180 milyon avro).

Hücumçular: Lamin Yamal (Barselona, ​​60 milyon avro), Vinisius Junior (Real Madrid, 150 milyon avro), Rodriqo (Real Madrid, 100 milyon avro).

Aut.az