“Arsenal”dan təklif aldı, belə reaksiya verdi – FOTO
“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo boks promouteri Frank Uorrendən London “Arsenal”ına keçmək üçün təklif alıb.
Aut.az xəbər verir ki, Ronaldo bu təklifə ürəkdən gülərək reaksiya verib.
Xatırladaq ki, Ronaldo Ər-Riyadda keçirilən boks turnirinə qatılıb. Bir anda Uorren deyib: “O, “Arsenal” ilə müqavilə imzalayır.” Bundan sonra portuqaliyalı gülüb. Xatırladaq ki,
Ronaldo İngiltərə çempionatında “Mançester Yunayted”də çıxış edib. 2023-cü ildən futbolçu “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda futbolçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
Bu mövsüm Ronaldo bütün turnirlərdə 23 matçda iştirak edib, 21 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az
