Dünya futbolu

Ən tezi bu tarixdə qayıda biləcək

Braziliya komandasının həkimi Rodriqo Lasmar Neymar barədə danışıb.

Aut.az xəbər verir ki, o, 2024-cü ildə keçiriləcək Amerika Kubokunu buraxacağını bildirib:

“Hələ tezdir. Lazımsız riskə getməyin mənası yoxdur. Avqustun əvvəlində Avropada 2024/2025 mövsümünün başlanğıcına kimi onun qayıtmağa hazır olacağını gözləyirik. Səbirli olmalıyıq. Doqquz aydan tez qayıtmaq barədə danışmaq tezdir. Bədənin bu bağı meydana gətirməsi üçün lazım olan vaxtın olması çox vacibdir. Bu müddətdən sonra onun yüksək səviyyədə bərpa olunacağı gözlənilir”.

Neymar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Uuruqvayla oyunda ön çarpaz bağlarından və meniskinidən zədə aldıqdan sonra əməliyyat olunub.

Amerika Kuboku gələn il iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.