“Sevilya”nın baş məşqçisi o oldu
58 yaşlı mütəxəssis Kike Sançes Flores “Sevilya”nın baş məşqçisi təyin edilib.
Aut.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Flores yaxın vaxtlarda vəzifəsinin icrasına başlayacaq. İspan mütəxəssis karyerası ərzində “Xetafe”, “Valensiya”, “Atletiko Madrid”, “Benfika”, “Uotford” və “Espanyol” kimi komandalarda çalışıb. 58 yaşlı mütəxəssis bu ilin aprelindən işsiz idi.
“Sevilya” hazırda La Liqada 13 turdan sonra 16 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Aut.az
