İspaniya

Aquero “Real”ın ulduzlarına elə bir ad qoydu ki…

“Mançester Siti” və Argentina millisinin keçmiş hücumçusu Serxio Aquero “Real”da çıxış edən Vinisius və Rodriqo barədə danışıb.

Aut.az xəbər verir ki, o, braziliyalı futbolçuların cığal olduqlarını bildirib.

“Vini və Rodrigo digər oyunçuları ələ salmaq üçün çox şey deyirlər. Lakin heç kim bu barədə danışmır. Siz onlara bir söz deyən kimi bütün dünya həmin oyunçunun başına nə gələcəyini bilir”, – deyə Aquero “X” (keçmiş Twitter) sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 22 yaşlı Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi La Liqada 16 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Vinisius Junior 2018-ci ildən “Los Blankos”un formasını geyinir. 2023/2024 mövsümündə braziliyalı vinger İspaniya çempionatında 10 oyun keçirib və 4 qol vurub.