Bu dəfə hakimlər yumruq davasına çıxdılar – VİDEO
Dalaşmaq pis hərəkətdir. Bunu uşaqların gözü qarşısında etmək isə lap pis hərəkətdir.
Aut.az xəbər verir ki, ABŞ-da, Kolorado ştatında uşaq basketbolu matçı zamanı son dərəcə xoşagəlməz hadisə baş verib. Uşaqların iştirak etdiyi oyunu idarə edən hakimlər yumruq davasına çıxıblar.
Kolorado ştatının polisi məsələ ilə bağlı iş açıb. Onlar bildiriblər ki, baş verənlərdən xəbərdardırlar, lakin hadisə yerinə gələnə kimi dava iştirakçıları artıq oranı tərk etdikləri üçün polis heç kimi həbs etməyib. Amma lazım gələrsə, qanun keşikçiləri üçün müttəhimləri tapmaq, şübhəsiz ki, çətin olmayacaq.
Aut.az
