İngiltərə

Bu 3 qapıçı Salahın ayağından zara gəlib

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında üç qapıçını – “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea , “Mançester Siti”li Ederson və “Lids Yunayted”in qapıçısı İllan Meslieri daha çox məyus edib.

Aut.az xəbər verir ki, Salah onların hər birinin qoruduğu qapıya 9 qol vurub.

Premyer Liqanın 16-cı turunun “Kristal Pelas”la matçında (2:1) misirli “Liverpul”un heyətində 200-cü qolunu vurub. Onlardan 148-i daxili çempionata aiddir.

Məhəmməd İtaliyanın “Roma”sından keçdikdən sonra – 2017-ci ilin yayından “Liverpul”da çıxış edir. Misirli “qırmızılar”la birlikdə İngiltərə çempionatı və Çempionlar Liqasının qalibi olub, ölkə kuboku və liqa kubokunu, eləcə də FIFA klublararası dünya çempionatını qazanıb.

Təkcə bu mövsüm 31 yaşlı hücumçu İngiltərə Premyer Liqasında 16 matçda 11 qol vurub. Forvard həmçinin 7 məhsuldar ötürmə edib.

Aut.az