Uduzdular, rəqib qapıçını döymək istədilər – VİDEO
İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Everton” “Nyukasl”la qarşılaşıb. “Qudison Park”da baş tutan qarşılaşmada Liverpul klubunun qələbəsi ilə başa çatıb – 3:0.
Aut.az xəbəbr verir ki, final fitindən sonra mersesaydlıların futbolçuları qələbəni bayram edərkən insident yaşanıb.
“Everton”un qapıçısı Cordan Pikford sevinc anında “Nyukasl”ın futbolçuları ilə toqquşub. Bunun ardınca o Bruno Quimarayeş və Fabian Şer ilə mübahisə edib. Bir az sonra digər oyunçular onlara tərəf gəlib. Qonaqların futbolçuları Pikfordla mübahisə etməyə, onu hücum etməyə çalışsalar da, evertonlular və təhlükəsizlik xidmətinin əməkdaşları buna imkan verməyib.
Haha @brunoog97 change ye bills mate 👍🏻 https://t.co/lYVExdu1OL pic.twitter.com/FA04xByyZv
— Peter Boxtop Snr (@Holy_Binnerty) December 7, 2023
