Almaniya

Qalmaq üçün tələbi var

“Bavariya” müdafiəçisi Alfonso Devisi komandanın ən yüksək maaş alan oyunçularından birinə çevirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sport Bild” məlumat yayıb.

Mənbənin məlumatına görə, ötən mövsümün sonunda Devis klubun əvvəlki rəhbərliyi ilə illik məvacibini 9 milyon avrodan 12 milyon avroya yüksəltmək barədə razılığa gəlib. Lakin klubdakı rəhbər dəyişikliyindən sonra kanadalının tələbləri artıb. İndi ildə 15 milyon avro maaş almaq istəyir.

Müdafiəçi kluba bildirib ki, maddi tələbləri yerinə yetirilməsə, müqaviləsini uzatmaq fikrindən əl çəkəcək.

Devis dörd ildir ki, Münhen klubunda çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 18 oyun keçirib və 3 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 70 milyon avrodur.