Müflis olub, gəliri 72 faiz azalıb
Böyük Dəbilqənin dördqat çempionu, dünya tennisinin sabiq bir nömrəsi Naomi Osakanın 2023-cü ildə qazancı əvvəlki ilə nisbətdə 72% azalıb.
Aut.az xəbər verir ki, bu barədə “Sportico” məlumat yayıb.
Naominin qazancı 15 milyon dollar təşkil edib (bu, dünyada qadın idmançılar arasında beşinci ən yüksək göstəricidir).
Amma 2022-ci ildə bir neçə nüfuzlu nəşr Osakanı 50 milyon dollardan çox gəlirlə dünyanın ən yüksək maaş alan idmançısı elan edib.
Osaka iyul ayında ilk dəfə ana olduqdan sonra 2023 mövsümünü tamamilə buraxdı. Naomi və reper Kordanın Şey adlı qızı var.
Qeyd edək ki, “Sportico” öz reytinqlərini oyunçularla işləyən marketinq mütəxəssislərinin məlumatları əsasında, həmçinin reklam hesabatları, mükafat məbləğləri və s. əsasında tərtib edir.
Aut.az
