Dünya futbolu

“Real”a belə keçib: Peres dedi ki, pul istəyirsən, yoxsa şöhrət?

Braziliya “San Paulo”sunda çıxış edən 32 yaşlı kolumbiyalı yarımmüdafiəçi Xames Rodriges “Real”a keçidi ilə bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, Xames “Marca”aya verdiyi açıqlamada bu barədə danışıb.

“PSJ və “Mançester Siti” məni istəyirdi. Hər iki komanda “Real”dan daha sərfəli təkliflərlə gəldi, amma mən şöhrət istəyirdim, “Real”a getmək istəyirdim. “Real”dan yaxşı heç nə yoxdur.

Florentino Peres mənə zəng etdi və inandırmaq üçün dedi: “Nə istəyirsən – pul, yoxsa şöhrət?”. Ona dedim ki, tək istədiyim şey şöhrətdir. Cavab verdi: “Yaxşı, qərar verildi”.

Düşünürəm ki, üç mövsüm yaxşı oldum, çoxlu qol vurdum, ilk mövsüm çox yaxşı keçdi. Orada keçirdiyim üç mövsümdə 40 qol vurdum və 42 məhsuldar ötürmə verdim. İlk mövsümümdə 17 qol vurdum və 18 məhsuldar ötürmə etdim. Yarımmüdafiəçiyə gəlincə… Bundan əlavə, hərəyə 40 qol vuran üç komanda yoldaşım var idi. Beyl, Kərim Benzema və ildə 65 qol vuran Kriştiano Ronaldo idi”, – Rodriges deyib.

Aut.az