Onlardan biri ilin ulduzu olacaq
BBC-nin “İlin İdman Ulduzu” mükafatına namizədlərin siyahısı açıqlanıb.
Aut.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland da siyahıda yer alıb. Keçən mövsüm “şəhərlilər”lə qızıl trebl edən norveçli futbolçu mükafat iddialı olan 6 idmançıdan biridir.
İspaniya millisi ilə qadınlar arasında dünya çempionatının, “Barselona” ilə Çempionlar Liqasının və “Qızıl top”un qalibi olan futbolçu Aytana Bonmati də mükafata iddialıdır.
Digər namizədlər arasında “Formula 1” üzrə bu ilin çempionu Maks Ferstappen, tennisçi Novak Cokoviç, gimnast Simon Bils və Cənubi Afrikalı reqbiçi Siya Kolisi də var.
Qeyd edək ki, mükafat 70-ci dəfədir keçirilir.
