Dünya çempionu müharibədə öldü
Karate üzrə dünya çempionu, ukraynalı idmançı və məşqçi Oleq Novikov müharibədə ölüb.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna İdman Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, o, noyabrın 1-də Zaporojye vilayətinin Preobrajenka kəndi yaxınlığında öldürülüb.
Keçmiş idmançı 2022-ci ildən Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Novikov 22 yaşında karate üzrə dünya çempionu olub. Beynəlxalq idman ustası idi.
Aut.az
