Əməliyyat olunmaqdan imtina etdi: Axırı yaxşı olmaya bilər
“Barselona”nın belindən zədəli qapıçısı Mark-Andre ter Ştegen əməliyyatdan yayınmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.
Futbolçu mütəmadi olaraq bel ağrısı yaşasa da, problemin əməliyyatla həll edilməsinin əleyhinədir. Buna görə Ter Ştegenin zədəsi xroniki ola bilər.
Almaniya millisinin düşərgəsində zədələnən qolkiper noyabr ayından şiddətli bel ağrıları səbəbindən matçlarda iştirak edə bilmir.
