İngiltərə

Premyer Liqada ilk qurban o olacaq: Bu gün qovulacaq

Pol Hekinqbottom 2023/24 mövsümündə İngiltərə Premyer Liqasında məşqçi qovulmasının ilk qurbanı olacaq.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bildirilir ki, dekabrın 4-də “Şeffild Yunayted” rəhbərliyi 46 yaşlı mütəxəssisi istefaya göndərəcək.

Komanda 14 turdan sonra cəmi 5 xal toplayıb və turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.

Qeyd olunur ki, Hekinqbottomu 2021-ci ildə “Şeffild Yunayted”dən ayrılmış Kris Uaylder əvəzləyə bilər.

Aut.az