İngiltərə

Onu almaq üçün hazırlıqlara başladılar

“Real”ın Kilian Mbappeni transfer etmək fikrindən əl çəkməsi ilə bağlı şayiələr fonunda İngiltərənin “Liverpul” klubu gələn yay PSJ və Fransa millisinin lideri uğrunda yarışmağa hazırlaşır.

Aut.az xəbər verir ki, Bu barədə “TeamTalk” məlumat yayıb.

Bildirilir ki, mersisaydlılar Məhəmməd Salahı satacaqlar və 24 yaşlı fransalı İngiltərəyə keçəcək. Bu versiya reallaşa bilər. Çünki  ərəblər Salahı nəyin bahasına olursa-olsun almaq niyyətindədirlər. Ona görə də, xeyli pul təklif edəcəklər.

O vəsaitlə “Liverpul” Mbappeni almaq iqtidarında olacaq.

Məlumata görə, Everton klubu artıq bu məsələ ilə bağlı hazırlıqlara başlayıb.

Aut.az