Mövsüm ərzində yaddaqalan 3 qələbəsi
“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen 2023 Formula 1 mövsümündəki ən yaddaqalan qələbələrindən danışıb.
Aut.az xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.
“Düşünürəm ki, Mayamidəki yarış əla keçdi. Əhəmiyyətli yarış idi. Zandvoortda – evdə qazanılan qələbə çox gözəl alındı. Sinqapurda çətin həftəsonundan sonra Suzukadakı əldə etdiyimiz qələbəni də qeyd etməyə dəyər”.
Xatırladaq ki, bu Formula 1 mövsümündə Ferstappen vaxtından əvvəl çempionluq titulunu qazanıb. O, bunu Qətər sprintinin nəticələrinə görə əldə edib.
Aut.az
