Futbolçusuna bəytərifi etdi: O, futbol üçün hədiyyədir
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində evdə “Napoli” üzərində qazanılan qələbəni (4:2) şərh edib.
Aut.az xəbər verir ki, italyan məşqçi komandanın bu uğurunda Cud Bellinqemin pay sahibi olduğunu bildirib:
“Səviyyəsini göstərən rəqiblə çətin oyun oldu. Topla yaxşı davrandıq. Amma müdafiədə daha yaxşı oynaya bilərdik. Komanda kifayət qədər mütəşəkkil idi, amma istədiyimiz qədər aqressiv deyildi. Qələbə üçün gücümüz qalmadığı görünəndə bunun əksini nümayiş etdirdik.
Bellinqhem hər gün, hər oyun, təkcə bizi deyil, hər kəsi təəccübləndirir. Bu, futbol üçün hədiyyədir. Hər kəs ondan razıdır. O, ikinci hissənin ortasında çox yorğun görünürdü və toparlanmaq üçün bir qədər vaxt lazım idi. Lakin sonda buna nail oldu. Bu təəccüblüdür çünki onun buraya, bu kluba və oyun üslubumuza uyğunlaşmasının belə olacağınl heç kim təsəvvür edə bilməzdi. Bu, azarkeşləri, komanda yoldaşlarını və hətta rəqiblərini də təəccübləndirir.
Bellingham ciddi, peşəkar gəncdir, çox çalışır və soyunub-geyinmə otağına çox yaxşı uyğunlaşır. O, ispan dilini təkmilləşdirməlidir. Dəfələrlə dediyim kimi, heç kim mükəmməl deyil. O da təkmilləşməlidir”.
Qeyd edək ki, Bellinqem bu görüşdə 1 qol vurub və 1 asist edib.
