MY-nin 7 futbolçusu “Qalatasaray”la oyunu buraxacaq
“Mançester Yunayted” Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Qalatasaray”ın qonağı olacaq.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən matça itkilərlə çıxacaq.
“Mançester Yunayted”in heyətində Meyson Maunt, Lisandro Maratines, Tayrell Malasia, Conni Evans, Kristian Eriksen, Kazemiro (hamısı zədəli), Markus Reşford (qırmızı vərəqə) görüşü buraxacaq.
Sabah keçiriləcək oyuna saat 21:45-də start veriləcək.
