Çempionlar Liqası

ÇL-in qalibi bu komanda olacaq – Vilyanın proqnozu

“Barselona”nın və “Atletiko Madrid”in keçmiş hücumçusu David Vilya bu mövsüm Çempionlar Liqasının qalibinin hansı komanda olacağı ilə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, Vilyanın sözlərini “Barca Universal” sitat gətirib.

“Çempionlar Liqasının qalibi ilə bağlı proqnozum? Mən bunun “Atletiko” və ya “Barselona” olmasını istəyirəm. Amma ÇL çətin yarışdır və orada çoxlu həlledici məqamlar var, hazırda “Liverpul” çox güclüdür”, – Vilya bildirib.

Aut.az