ÇL-də həftənin rəmzi komandası
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) rəsmi hesabında Çempionlar Liqasının cari həftəsinin ən yaxşı futbolçularından ibarət simvolik komandanı təqdim edib.
Aut.az xəbər verir ki, simvolik komandaya bu futbolçular daxil edilib:
Qapıçı: Canluici Donnarumma (PSJ).
Müdafiəçilər: Denzel Dumfries (“İnter”), Markinyos (PSJ), Françesko Acerbi (“İnter”), Miles Lyuis-Skelli (“Arsenal”).
Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Vitinya (PSJ), Pedri (“Barselona”).
Hücumçular: Lamine Yamal (“Barselona”), Rafinya (“Barselona”), Usman Dembele (PSJ).
Aut.az
