İtaliyada fransızları bıçaqladılar
Bolonyada Çempionlar Liqası matçından əvvəl bir qrup “Lill” azarkeşi hücuma məruz qalıb.
Aut.az xəbər verir ki, hadisə Fransa komandasının azarkeşləri yerli barda olarkən baş verib. Hücumda 80-ə yaxın adam iştirak edib. “Lill”in iki azarkeşi bıçaqlanaraq xəstəxanaya aparılıb.
Bildirir ki, üzündən və sinəsindən xəsarət alan azarkeşlərdən biri xəstəxanada olsa da, onun həyatı üçün təhlükə yoxdur. Mədəsindən yaralanan ikincisi xəstəxanadan buraxılıb.
“Lill” rəsmi açıqlama yayaraq azarkeşlərinə edilən hücumu pisləyib.
Bu gün “Renato Dal Ara” stadionunda Çempionlar Liqasının ümumi mərhələsinin 5-ci turunun matçında “Bolonya” və “Lill” komandaları qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.
Aut.az
