Kateqoriyasız

Ən yaxşı kim olacaq?

İngiltərə Premyer Liqasının rəsmi saytı noyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, “Çelsi”dən Raheem Sterlinq, “Mançester Siti”nin vingeri Ceremi Doku, “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr, “Nyukasl”ın hücumçusu Entoni Qordon, “Luton”un qapıçısı Tomas Kaminski və “Bornmut”un müdafiəçisi Markus Tavernierin adı siyahıda yer alıb.

Səsvermə dekabrın 6-dək davam edəcək. Azarkeşlərin səsi bir qrup futbol mütəxəssisinin fikirləri ilə birləşdiriləcək. Qalib gələn həftə elan olunacaq.

2023-cü ilin oktyabrında “Liverpul”un vingeri Məhəmməd Salah Premyer Liqada ayın oyunçusu, “Tottenhem”in baş məşqçisi Angelos Postecoglou isə ən yaxşı məşqçi seçilib.