İngiltərə

Etiraf etdi: İlk baxışdan sevgi yaşadım

“Çelsi”nin müdafiəçisi və vitse-kapitanı Tyaqo Silva London klubunda qalmasından danışıb.

Aut.az xəbər verir ki, o, London klubuyla sevgi bağının olduğunu bildirib:

“Mən “Çelsi”yə gələndə ilk baxışdan sevgi yaşadım. Hələ də Londonda olmaqdan və Avropanın əsas nəhənglərindən birində oynamaqdan çox qürur duyuram. Uşaqlarımı “Çelsi”nin akademiyasında görməyi çox sevirəm. Bu xüsusi bir şeydir. Həyat yoldaşım Londonla bağlı hər şeyi sevir. O, hər zaman buradadır və komandamızın hər səfər oyununda iştirak etmək istəyir”.

Xatırladaq ki, 39 yaşlı Silva 2020-ci ildə “Çelsi”yə keçib. Bu müddət ərzində braziliyalı müdafiəçi London klubunun heyətində 127 matçda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. “Çelsi” ilə Silva 2020-ci ildə Çempionlar Liqasının, həmçinin Avropa Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Bu mövsüm Tyaqo Silva “Çelsi”nin heyətində bütün yarışlarda 13 oyun keçirib və bir qol vurub. Müdafiəçinin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.