Digər

Toy günündə aləmi bir-birinə qatdı: 3 nəfəri öldürdü və…

Taylandlı Paralimpiya idmançısı Çaturong Suksuku ailəsində faciəyə səbəb olub.

Aut.az xəbər verir ki, o, toy günü intihar etməzdən əvvəl nişanlısını və daha üç nəfəri güllələyib. Bu barədə BBC məlumat yayıb.

Toy noyabrın 25-də Tailandın şimal-şərqində baş tutub. 29 yaşlı Suksuk qəfildən şənliyi tərk edib. Silahla geri qayıdaraq nişanlısını, 62 yaşlı anasını və 38 yaşlı bacısını güllələyib. Daha iki toy qonağı xəsarət alıb. Onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.

Polis bildirib ki, Suksuk həmin vaxt çox sərxoş olub. Lakin onun motivi hələ də bəlli deyil. Əlavə etdilər ki, o, keçən il qanuni yolla silah və sursat alıb.

Ötən il Suksuk İndoneziyada keçirilən ASEAN Paralimpiya Oyunlarında üzgüçülük üzrə gümüş medal qazanıb.

Suksuk Tayland sərhədlərində patrulluq edən hərbiləşdirilmiş yüngül piyada birliyində xidmət edərkən sağ ayağını itirib.