Dünya rekordçusu öldü
Oktyabrın 30-da şüvüllə tullanma üzrə keçmiş yüngül atlet, üzrə 86 yaşlı Pentti Nikula vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “İlta-Sanomat” məlumat yayıb.
1962-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında Nikula 4,94 m hündürlüyü qət edərək dünya rekordu qırıb.
O, eyni zamanda tarixdə qapalı məkanda 5 m hündürlüyü qət edən ilk idmançı olub, baxmayaraq ki, o vaxtlar qapalı məkanda nəticələr rəsmi hesab edilmirdi.
Pentti Nikula həmçinin dörd Avropa rekorduna sahib olub.
Dirəklə tullanma üzrə hazırkı dünya rekordçusu 6,30 metr məsafəni qət etmiş isveçli Armand Duplantisdir.
Aut.az
