45 yaşında karyerasını bərpa etdi
Xizək yarışı üzrə üçqat dünya çempionu Riita-Liisa Roponen 45 yaşında karyerasını bərpa edib.
Aut.az xəbər verir ki, o, İsveçin Qallivare şəhərində keçirilən Dünya Kubokunun ikinci mərhələsi üçün Finlandiya komandasına qoşulub. Bu barədə TV2TV2 məlumat yayıb.
Roponen 2022-ci ilin mayında təqaüdə çıxdığını elan edib. O, 2021-ci ildən dünya çempionatında iştirak etmir.
Roponen 2010 Vankuver Olimpiadasında estafetdə bürünc medal qazanıb. Finlilər dünya çempionatlarında da 3 qızıl, gümüş və 3 bürünc medal qazanıb.
