UEFA Azərbaycan klublarına ödəniş etdi
2022/2023-cü illər mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edən klublar üçün UEFA tərəfindən ayrılmış əlavə ödənişlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Neftçi”yə 106 min 943 avro, “Qəbələ” və “Zirə”yə isə 64 min 166 avro köçürülüb.
