Azərbaycan futbolu

“Qarabağ” “Rakuv”a qarşı

“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Aut.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II təsnifat mərhələsinin cavab görüşündə “Rakuv”u (Polşa) qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

“Qarabağ” ilk oyunda rəqibinə 2:3 hesabıyla uduzub. Azərbaycan çempionu mərhələ adlamaq üçün azı iki top fərqi ilə qalib gəlməlidir.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları

2 avqust

20:00 Qarabağ – Rakuv (Polşa)
Baş hakim: Sven Yablonski (Almaniya)