Şahmat

Federasiyanın vitse-prezidenti müharibədə həlak oldu

Ukrayna Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.

Aut.az xəbər verir ki,  “Ukraynalı könüllü əsgər Artyom Saçuk Rusiya işğalçılarına qarşı azadlıq müharibəsində həlak olub”, – federasiya qeyd edib.

Şahmat xadiminin hansı şəraitdə öldüyü hələlik bəlli deyil.

Qeyd edək ki, onun 38 yaşı olub. Saçuk hələ aprel ayında “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilmişdi