İngiltərə

Hər kəs kimi onlar da şokdadır

“Everton”un baş məşqçisi Şon Dayş maliyyə feyr-pley qaydalarını pozduğuna görə komandanın 10 xalının silinməsinə münasibət bildirib.

“Hər kəs kimi biz də şokdayıq. Xəbərdən sonra yaranan hay-küydən belə görünür ki, futbolda insanların çoxu baş verənlərdən şoka düşüb. Aydındır ki, buna görə bir az kədərlənəcəyik.

Komandanın başına gələndən bəri bütün diqqətlər futbol meydançasında bütün problemlərin həllinə yönəlib. Qüvvələr komandanın qalib gəlməsinə, onu fərqli hiss etdirməsinə yönəlmişdi. Düşünürəm ki, düzgün yoldayıq və güclü oyun nümayiş etdiririk. Belə bir vəziyyət bizi geriyə itələdi.

İş mənim üçün dəyişməyib. Bu cür hallar sadəcə olaraq hazırkı vəziyyəti çətinləşdirdi”, – “Liverpool Echo” Daysdan sitat gətirib.

Aut.az