Finaldan dərhal sonra bu adaya gediblər
“Mançester Siti”nin bir qrup oyunçusu Çempionlar Liqasını qazandıqdan sonra əyləncə üçün İbitsaya gedib.
Aut.az “Daily Mail”ə istinadən bildirir ki, futbolçular şəxsi təyyarə icarəyə götürərək bir gecəlik məclis üçün Mançesterdən İbitsa adasına uçublar.
“Mançester Siti” oyunçuların səfərini təsdiqləyib, lakin bu gün Mançesterdə baş tutacaq çempionat paradına vaxtında qayıtmaq şərti ilə icazə verildiyini bildirib.
Adaya gedənlərin hamısı məlum deyil. Lakin Erlinq Haalandın orada olduğu bəllidir. Pep Qvardiola, Kevin de Bruyne, İlkay Gündoğan və Stefan Orteqa isə adaya yollanmayıblar.
Aut.az
