Peşman olub?
Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann millinin 2023-cü ildəki uğursuz çıxışını şərh edib.
Aut.az xəbər verir ki, Naqelsmanın rəhbərliyi altında Almaniya yığması yoldaşlıq görüşündə Avstriyaya uduzub (0:2). Buna qədər Almaniya Türkiyəyə uduzub (2:3), Meksikanı məğlub edə bilməyib (2:2).
“Almaniya millisinə rəhbərlik etdiyimə görə peşman deyiləm. Bu işi bəyənirəm. Biz mövcud resurslardan istifadə edərək bu vəziyyətdən çıxış yolu tapmalıyıq.
İndi məyusam, məğlubiyyətlər məni incidir. Amma biz daha az danışmalı və meydanda daha çox işləməliyik”, – jurnalist Fabritsio Romano Naqelsmannın sözlərini sitat gətirib.
Aut.az
