Dünya futbolu

İlin ən yaxşı futbolçusu adına namizədlər: Messi, Ronaldo, Xviça…

2023-cü ilin ən yaxşı futbolçusuna veriləcək “Globe Soccer Awards” mükafatına namizədlər açıqlanıb.

Aut.az xəbər verir ki, mükafat iddiaçıları arasında 30 futbolçu var. Onların arasında, 2023-cü ildə “Qızıl top”u qazanan Lionel Messi və Kriştiano Ronaldo da yer alıb.

Gürcüstanlı Xviça Kvaratsxeliya da namizədlər sırasındadır.

Qeyd edək ki, ötən il bu nominasiyada Kərim Benzema qalib olub. “Globe Soccer Awards”ı hamıdan çox Ronaldo qazanıb – 6 dəfə. Messi isə cəmi 1 dəfə buna nail olub:

“Globe Soccer Awards” – ilin ən yaxşı futbolçusu adına namizədlər:

Nikolo Barelya, Yulian Alvares, Cud Bellinqem, Kərim Benzema, Kevin De Bröyn, Yassin Bono, Ruben Dias, Ederson, Fil Foden, Jek Qriliş, Antuan Qrizmann, İlkay Gündoğan, Erling Haaland, Harri Keyn, Xviça Kvaratsxeliya, Kilian Mbappe, Robert Levandovski, Lautaro Martines, Lionel Messi, Kim Min Ce, Luka Modriç, Martin Odeqard, Andre Onana, Viktor Osimhen, Rodri, Kriştiano Ronaldo, Bukayo Saka, Vinisius Junior və Bukayo Saka.