Dünya futboluÇempionlar Liqası

PSJ-nin avtobusunu daş-qalaq etdilər

PSJ-nin futbolçularını aparan avtobus Çempionlar Liqasının Bilbaoda “Atletik”lə keçirilən oyunundan (0:0) sonra zədələnib.

Aut.az xəbər verir ki, avtobus otelin qarşısında dayanarkən daş-qalaq edilib. Hadisə zamanı futbolçular avtobusda olmayıblar.

Bu barədə “RMC Sport” məlumat yayıb. Cümə axşamı səhər Paris klubu oteldən hava limanına getmək üçün alternativ yol tapmalı olub.

Aut.az