Dünya futbolu

Federasiya prezidentini istefaya göndərmək istəyirlər

Bu yaxınlarda Ukraynanın peşəkar klubları səs çoxluğu ilə Ukrayna Futbol Assosiasiyasının növbədənkənar qurultayının çağırılmasını dəstəkləyib.

İclasda federasiya prezidenti Andrey Pavelkonun vəzifəsindən azad edilməsi və yeni prezidentin təyin edilməsi planlaşdırılır.

UPL UAF-ın kollektiv üzvüdür, yəni təşkilat 45 səsdən birinə malikdir.

Qərarı 12 klub dəstəkləyib, üç klub bitərəf qalıb, daha biri sorğuda iştirak etməyib.

Məlumata görə, Andrey Pavelkonun istefaya göndərilməsinə  dəstək verməyən bu 4 klub “Metalist 1925”, “Vorskla”, “Dnepr-1” və “Şaxtyor”dur.

Onu da xatırladaq ki, Andrey Pavelko hazırda həbsdədir. O, korrupsiyada ittiham olunur.

Aut.az