Azərbaycan futboluDünya futbolu

Vüsal İsgəndərli oynadı?

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 25-ci turun oyununa çıxıb.

Aut.az xəbər verir ki, komanda səfərdə “Flamurtari” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:1 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 36 xalla 5-ci yerdədir.