Gürcüstanda futbolçunu belə yetişdirirlər: Uşaqlıqdan məcbur edirlər ki…
“Rubin”, “Anji”, “Krasnodar”, “Tosno” və “Mordoviya”nın sabiq qapıçısı Nukri Revişvili “Sport24”-ə müsahibəsində Gürcüstanda Rusiyadan daha istedadlı futbolçuların olduğunu iddia edib.
Aut.az xəbər verir ki, Revişvili “Napoli”nin yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanın agentidir.
“Gürcüstan futbol ölkəsidir. Sovet dövründən belədir. Biz topla işləməyi sevirik, bu bizim qanımızdadır. Rusiyada gənclərə ciddi diqqət yetirilir, lakin Gürcüstandakı kimi istedadlara burada çox az rast gəlinir.
Gürcüstanda hər akademiyaya iki və ya üç çox istedadlı oğlan düşür. Rusiyada bu daha çətindir, baxmayaraq ki, CSKA, “Spartak” və “Lokomotiv”in kifayət qədər yaxşı məktəbləri var.
Ancaq bu məktəblərin uşaqları gürcülərdən fərqli olaraq Avropaya getmirlər. Rusiya çempionatında çoxlu pul var. Gənc rusiyalı oyunçu ayrılmaq üçün çılğın təklif almalıdır. Bizim çempionatımızda belə pul yoxdur. Üstəlik, gürcülər daha istedadlıdır, təkrar edirəm. Rusların daha çox nizam-intizamı var və komanda şəklində oynayır. Bizdə isə futbolçuları uşaqlıqdan məcbur edirlər ki, texnikalarından yararlansınlar, aldatsınlar, məsuliyyəti öz üzərilərinə götürsünlər”.
Aut.az
