Dünya futbolu

Neymar üçün mövsüm bitdi – Dohaya gedir

PSJ-nin hücumçusu Neymar sağ topuğundakı zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

Aut.az xəbər verir ki, bu barədə klubdan bildirilib. PSJ-nin tibbi personalı mütəxəssislərlə məsləhətləşdikdən sonra gələcəkdə residivlərin təkrarlanmaması üçün braziliyalıya cərrahiyyə əməliyyatı keçirməyi tövsiyə ediblər.

Əməliyyat yaxın günlərdə Dohada keçiriləcək. Neymarın ümumi qrupa qayıtması 3 və ya 4 aya gözlənilir.

Hücumçu bu mövsüm Liqa 1-də 20 oyuna çıxıb və 13 qola imza atıb.

Aut.az